Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

ABŞ-Turkiye bohrani: Ankara ne qeder pul itirecek?

9 views12/10/2017

21:51


[r32]
– xeber –
Türkiyə təcili olaraq ABŞ-la yaşanan viza böhranını ortadan qaldırmağa çalışmalıdır.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə parlamentində jurnalistlərə açıqlamasında Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu söyləyib.
“Türkiyə-Amerika əlaqələri ağıllı siyasətlə yenidən nəzərdən keçirilməli və düzəlməlidir. Ona görə ki, Türkiyə sadəcə ABŞ-la əlaqələrə malik deyil, o, həm də ABŞ-ın da üzv olduğu bir sıra müxtəlif beynəlxalq təşkilatların üzvüdür. NATO-da və digər yerlərdə ortaq çalışırıq. Türkiyə Silahlı Qüvvələri ilə ABŞ ordusunun ciddi işbirliyi mövcuddur. Bu əlaqələrin daha çox kəskinləşməməsi lazımdır. Bunun bizə zərəri 50 milyard türk lirəsi olacaq. Bununla bərabər birjanın düşməsi, dolların dəyərinin yüksəlməsi məsələsi də gündəmə gəlir. Türk Hava Yollarının xidməti Yaxın Şərqdəki şirkətlərə görə daha yaxşıdır. Dolayısı yolla amerikalılar THY-yə daha çox üstünlük verirlər. Buradan da itkilərə məruz qala bilərik”, – deyə o bildirib.
Qeyd edək ki, bir müddət öncə ABŞ-ın İstanbuldakı Konsulluğunun işçisi Mətin Topuzun FETÖ ilə əlaqədə şübhəli bilinərək həbs edilməsindən sonra Vaşinqton Ankaraya viza verilişini dayandırmışdı. Türkiyə də ABŞ-a anoloji addımla cavab vermişdi.

axar.az



Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler