Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

ABŞ Trampi secerse…

17 views12/03/2016

06:52

08:45 – xeber – Hərə bir söz deyir. Bəli, biri deyir ki, Tramp seçilərsə, hərbçilər qiyam qaldıracaq. Digəri buyurur ki, Tramp seçilsə, amerikalılar köçüb Kanadaya gedəcəklər. Nə olub? Nə baş verir?
 
Əvvəlcə onu deyək ki, bəlkə də ABŞ-dakı ilkin seçkilər ilk baxışda yalnız siyasi təhlilçilər üçün maraqlı görünə bilər, çünki adi, sadə adamlardan fərqli olaraq onlar həm də bu dünyada baş verən prosesləri anlamaq yükünü çəkirlər. Düzdür, bu maraq da prinsip etibarilə heç nəyi həll etmir – seçilənlər də, seçənlər də amerikalılardır.
 
Fəqət hətta Amerikanı qəbul etməyənlər belə, haradasa, onun dünya dövləti olduğunu qəbul etmək zorundadırlar.
 
Elə ona görə də maraqlanmaqdan, izləməkdən başqa çarəmiz yoxdur – təbii ki, hamı öz payına düşən qədər. İndi bu məsələ həm də ona görə aktualdır ki, ilkin seçkilərdə çoxdan ABŞ-ın öz V.Jirinovskisi peyda olub. Həmin adam adını ən əvvəldə çəkdiyim cənab Donald Trampdır.
 
Bəli, bəlkə də o, ilk baxışda Vladimir Volfvoviçdən xeyli fərqlidir, ən azı ona görə ki, milyardları var, milyardçıdır. Bu isə heç də az şey demir və bizim Vladimir Volfoviçdən fərqli olraq o öz sərvətini müxtəlif siyasi xidmətlərin sayəsində qazanmayıb.
 
Amma ABŞ-da milyardçıların prezidentliyə yolu elə də asan olmur. Bunu sübut etmək üçün hətta yaxın keçmişdən də misallar gətrimək olar. Bu gün isə diqqət çəkən odur ki, hətta ABŞ respublikaçılarının özü növbəti Jirinovskidən – Trampdan yaxa qurtarmağın yolunu düşünür. Amma tapa bilmirlər. Hələlik Tramp bütün digər respublikaçı namizədləri qabaqlayır. Ona qarşı durmaq iqtidarında ola biləcək adam kimi əvvəl Ceb Buş fərz edilirdi. Amma bu adam elə bu yaxınlarda özünün seçki kampaniyasına “stop!” dedi. Amerikalı təhlilçilər də bunu belə yozdu ki, ölkə Buş familiyalı prezidentlərdən yorulub.
 
Ola bilər. Tramp üçün də həlledici anlardan biri ötən çərşənbə axşamı hesab edilirdi. Həmin gün düz 12 ştatda respublikaçıların ilkin seçkiləri baş tutmalı idi. Bu seçkilərdən Tramp qalib çıxdı. Hətta o qədər qalib oldu ki, çoxunun onun prezident seçkilərində respublikaçıların namizədi olacağına zərrə qədər belə şübhəsi qalmadı.
 
Doğrusu, Tramp hamı kimi məni də qorxudur. Bu adam artıq indidən özünün antimüsəlman ritorikası ilə diqqəti çəkib. Ölkəyə müsəlmanların gəlişini yasaq etməyi tələb edir. Terrorizmə qarşı mübarizədə terroristlərin ailələrini məhv etməyi təklif edir. Fəqət onu deyək ki, sonuncu məsələdə o bir elə də orijinal deyil – Çeçenistanda R.Kadırov artıq çoxdan terroristləri elə onların ailələrinin “köməyi ilə” zərərsizləşdirir.
 
Başqa nə demək olar? Düzdür, ilkin seçkilər daha böyük siyasi meydana – prezident seçkilərinə adlamaq üçün bir tramplindir. Amma Tramp və tramplin sözləri çox səsləşir, deyilmi?
 
Ona görə də kim bilir? Dünyada nələr olmur?! Bir daha deyirik ki, hətta respublikaçıların özləri ondan canlarını qurtarmaq istəyirlər. Ona görə ki, nə qədər mühafizəkar olsalar da, nə qədər xristian dəyərlərinə önəm versələr də, Amerika dəyərləri deyilən bir anlayış da var və heç kim həmin dəyərləri belə asanlıqla itirmək istəmir.
 
ABŞ ənənəvi olaraq mühacirlər ölkəsi olub. Bura gələn insanların dini baxışları, siyasi əqidələri heç kimi maraqlandırmayıb, çünki belə hesab edlib ki, həmin adamlar ABŞ-a məhz dini və siyasi əqidələrini reallaşdırmaq və daha azad həyat yaşamaq üçün gəliblər. Bu, həqiqətən də mühüm məsələdir. Amerika dəyərləri deyilən anlayış da elə ilk növbədə budur.
 
Mənə elə gəlir ki, ABŞ seçicisi hansısa yolla Tramp problemini həll etməyin yolunu tapacaq. Hər halda, buna ümidliyəm.
 
Tramp gəlsə, müsəlman dünyasına münasibət bir az da pisləşə bilər. Düzdür, respublikaçı siyasətçilər geopoliotika məsələlərinə həmişə daha çox önəm və diqqət verir, ABŞ-ın milli maraqlarının fərqində olurlar.
 
Fəqət onların da özəllikləri olur. Elə kiçik Buş da az qorxurtmurdu adamı – bir də görürdən ki, “fövqəlqüvvlər”lə danışdığını, İsa peyğəmbəri yuxusunda gördüyünü deyirdi. Adam hər dəfə fikirləşirdi ki, görən, onun bu sayıqlamaları nə ilə bitəcək?!
 
Səddam Hüseynlə bağlı dedikləri hələ də yadımdıadır. Başqa bir söz tapmayanda da qayıtdı ki, ən azı o mənim atamı təhqir etmişdi! Düzdü, S.Hüseyn rədd olmalı və iraqlıların canı ondan qurtarmalı idi. Amma ABŞ prezidentinin bunu əsaslandırmaq üçün şəxsi haqq-hesabdan savayı bir şeyi tapa bilməməsi onda da, elə indi də məni az təəccübləndirmir.
 
Düzdür, sayıq oxucu deyər ki, kiçik Buş 907-ci düzəlişin qüvvəsini dayandırdı. Tamamilə doğrudur! Elə mən də məhz ona görə əvvəldə yazdım ki, respublikaçı siyasi elita həmişə geopolitik nüanslara həssas olur. İndi də buna ümid edirik. Hər halda, hər şey qarşıdadır. Trampın çarəsini ya seçicilər, ya respublikaçılar, ya da demokratlar tapacaq. Amma demokratların özlərinin də Sanders problemi var və bu adam radikallığa görə heç də Trampdan geri qalmır – biri super-radikal sağçı, digəri isə solçudur.
 
Ümid edirik ki, amerikalılar əvvəldə dediyimiz Amerika dəyərlərinin varlığını bir daha təcrübədə sübut edə biləcək.
 
İndi isə irəli qaçmağın mənası yox. Bir azacıq gözləmək lazım gələcək. Həm də düşünürük, o kəslərin ki əlində gözləməkdən də qeyri vasitə var, bu adamlar əllərini yanlarına salıb durmayacaqlar.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler