Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

ABŞ-la Rusiya BMT meselesinde birlesdi

13 views08/11/2016

15:16

17:09 – xeber – ABŞ BMT Təhlükəsizlik Şurasının tərkibinin dəyişdirilməsinə razıdır, amma daimi üzvlərin veto haqlarında dəyişiklik edilməsinə qarşıdır.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözlər ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mişel Sisonun bəyanatında yer alıb.
 
Vaşinqtonu bu məsələdə Rusiya da dəstəkləyib. Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Vladimir Safronkov Moskvanın BMT-nin Təhlükəsizlik Şurasının tərkibinin genişlənməsini dəstəkləyəcəyini bildirib. O, daimi üzvlərin səlahiyyətlərinin əlindən alınmasının doğru olmadığını söyləyib. 
 
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü var. Bunlar ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransadır. Beş dövlətin hər birinin hər hansı qərara veto tətbiq etmək hüququ var. Bu isə öz növbəsində yeni regional güclərin etirazına səbəb olur. Bu ölkələr sırasında xüsusilə, Almaniya, Yaponiya, Türkiyə və Braziliya daha çox aktivlik nümayiş etdirirlər. 

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler