Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

ABŞ İŞİD liderlerini qara siyahiya saldi

7 views22/11/2016

23:40

– xeber –
ABŞ İŞİD terror təşkilatının üç liderinə qarşı sanksiya tətbiq edib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı ABŞ Dövlət Departamenti yayıb. Rəsmi Vaşinqtonun qara siyahısına Abdulla Əhməd əl Məşədani, Basil Həsən və Əbdüləli Ximiçin adı salınıb.
Qeyd edək ki, Məşədani İŞİD lideri Əbu Bəkr Bağdadinin məsləhətçisi olaraq tanınır. Basil Həsən isə danimarkalı jurnalist Lars Xedeqardın ölümündə günahlandırılır. 2014-cü ildə o, Türkiyədə yaxalansa da sonradan İŞİD-in əlindəki əsirlərlə dəyişdirilib.
Ximiç isə Əbu Süleyman Faransi adı ilə məşhurdur. O, terror təşkilatının xaricdəki əməliyyatlarına rəhbərlik edir. Terrorçu 2015-ci ildə Avropada Tarik ibn Ziyad Batalyonu adlı terror şəbəkəsi yaradıb. Bu şəbəkənin 300 nəfərlik üzvü olub. Ximiç həmçinin Paris və Brüssel teraktlarının təşkilatçıları sırasında yer alır.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler