Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

ABŞ-in inanilmaz Turkiye plani –

13 views25/11/2016

09:28

– xeber –
Dünən Suriyada Türkiyə hərbçilərinə hücum təşkil edən döyüş təyyarəsi ilə bağlı sensasion fakt ortaya çıxıb.
Axar.az Xəbər 7-yə istinadən məlumat verir ki, insidentin ABŞ tərəfindən törədildiyi təxmin edilir.
Vaşinqton 24 noyabr 2015-ci ildə baş verən Su-24 böhranının il dönümündə Ankara ilə Moskva arasında nifaq salmaq üçün inanılmaz yola əl atıb.
Məlumata görə, ABŞ-a məxsus F-18 tipli qırıcı Rusiya döyüş təyyarəsinə bənzəməsi üçün boyadılıb və Türkiyə hərbçilərinin yerləşdiyi bölgəyə hava zərbələri endirib. Bununla da ABŞ Türkiyəni hadisənin Rusiya tərəfindən Su-24 böhranının qisasının alınması məqsədilə törədildiyinə inandırmaq istəyib.
Qeyd edək ki, bu təcrübə Suriyada bir neçə dəfə sınanıb.
Bu ilin oktyabrında Kristian Boris adlı jurnalist ABŞ döyüş təyyarələrinin boyanaraq Suriyaya göndərildiyini ortaya çıxarıb. Onun paylaşdığı fotoşəkildə də F-18 qırıcısının mavi rəngdə boyandığı, üzərinə isə keçmiş Sovet İttifaqının qırmızı ulduzu vurulduğu əks olunub. Bu yolla amerikalılar təyyarəni Rusiyanın SU-34 qırıcısına bənzətməyi bacarıblar.
Ötən illər ərzində sözügedən “Rusiya qırıcıları” Suriyada xeyli strateji məntəqəni bombardman edib. Rəsmi Vaşinqton da açıqlamalar verərək hücumları “pisləyib” və Rusiyanı aviazərbələri “dayandırmağa” çağırıb.
Xatırladaq ki, “Fərat qalxanı” əməliyyatları çərçivəsində Suriyaya göndərilən Türkiyə hərbçiləri dünən hava hücumun məruz qalmışdı. İnsident nəticəsindən 3 türk hərbçi həlak olub.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler