Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

ABŞ-in 3 statinda sesler yeniden sayilir

11 views26/11/2016

12:36

– xeber –
ABŞ-da 8 noyabrda keçirilən prezident seçkiləri ilə bağlı ilk dəfə bir ştatda səslər yenidən sayılmağa başlanılıb.
Axar.az BBC-yə istinadən xəbər verir ki, Viskonsin ştatı Seçki Komissiyası Yaşıllar Partiyasından prezidentliyə namizəd Cill Steynin tələbindən sonra bu addımı atıb.
Səslər 1 həftə ərzində sayıldıqdan sonra ictimaiyyətə açıqlanacaq.
Steyn digər iki kritik ştat – Miçiqan və Pensilvaniyada səslərin yenidən sayılması üçün lazımi məbləği toplamaqda davam edir. 7 milyon dollarlıq hədəfin 5,3 milyon dolları toplandığı üçün artıq bir ştatda səslərin sayılmasına başlanılıb.
Bu üç ştatda seçki öncəsi keçirilən sorğular Hillari Klintonun öndə olmasını göstərsə də, Donald Tramp qalib gəlmişdi. Bu ştatlarda xanım Klinton qalib gəlsəydi, ABŞ prezidenti seçiləcəkdi.
Pensilvaniyada səslərin yenidən sayılması üçün son müraciət tarixi bazar ertəsi, Miçiqanda isə çərşənbə günüdür.
Steyn bu üç ştatda hərəkətə keçsə də, Klinton və Tramp tərəfdarları hələlik səssizdir.
Qeyd edək ki, bu vaxta qədər səslərin yenidən sayılmasından sonra ABŞ-da seçkilərin nəticəsinin dəyişməsi faktı qeydə alınmayıb.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler