Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

ABŞ ekspertleri Saakasviliden neler dedi? – Deportasiya…

8 views13/02/2018

01:51


[r32]
– xeber –
Mixail Saakaşvilinin deportasiyasından nə Gürcüstan, nə də Ukrayna mənfəət əldə edəcək.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri amerikali siyasi ekspert Maykl Karpenter Saakaşvilinin deportasiyasına münasibət bildirərkən deyib.
“Əgər Saakaşvili deportasiya olunursa, bu, Ukrayna üçün pisdir. Gürcüstan üçün isə daha pisdir. Saakaşvili ziddiyətli fiqurdur, ancaq siyasi polarizasiyaya gətirib çıxaracaq oyundan nə Gürcüstan, nə də Ukrayna qalib çıxacaq”, – ekspert bildirib.
Beynəlxalq məsələlər üzrə ekspert Maykl Botsyurkiv isə bildirib ki, Saakaşvilinin deportasiyası Ukraynada prezident seçkiləri kampaniyasının başlandığına işarə edir: "Aydın görünür ki, Poroşenko meydanı xarizmatik və qıcıqlandırıcı rəqibdən təmizləyir".
Elmi mərkəzin əməkdaşı Dayan Fransis də qeyd edib ki, Ukrayna məhkəməsi beynəlxalq hüququ rədd etdi, çünki Saakaşvili "siyasi düşməndir": "Bu fakt təsdiqlədi ki. Ukraynada hüququn aliliyi hələ mövcud deyil".
Qeyd edək ki, ötən gün Ukrayna hökuməti Saakaşvilini Polşaya deportasiya edib.

axar.az



Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler