Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

ABŞ-dan Şimali Koreyaya qarsi yeni raket

20 views27/02/2016

17:44

19:40 – xeber – ABŞ nüvə silahlarını havada vurmaq qabiliyyətinə malik olan raketləri sınaqdan keçirib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
 
Müdafiə naziri Eşton Karterin müavini Cekil Haney sözügedən raketlərin Şimali Koreyanın nüvə həmlələrinə qarşı hazırlandığını bildirib:
 
“Müdafiə sistemimiz Şimali Koreya kimi problemlər üçün nəzərdə tutulub. Hər hansı təhlükəyə qarşı uğurlu olacağından əminəm”.
 
Qeyd edək ki, ABŞ nüvə silahlarını havada vura biləcək 30 raket sisteminə sahibdir və 2017-ci ilin sonuna qədər daha 14 raket hazırlamaq niyyətindədir.
 
Bundan əlavə, beynəlxalq xəbərdarlıqlara baxmayaraq Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirməsi rəsmi Vaşinqtonu bu işi daha da sürətləndirməyə vadar edib.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler