Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

ABŞ-dan İsraile mexfi mektub: Helelik sakit durun

11 views07/12/2017

09:17


[r32]
– xeber –
Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanımasından bir qədər öncə ABŞ Dövlət Departamenti İsrailə məxfi məktub göndərib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı “Röyter” agentliyi yayıb. Məktubda Vaşinqtonun İsraildən ABŞ vətəndaşlarının qorunması naminə Trampın qərarı ilə bağlı yumşaq açıqlamalar verməsi istənilib:
“Baş verənlərdən məmnun olduğunuzu bilsək də, rəsmi açıqlamalarınız üçün gözləməyinizi rica edirik. Bu qərara qarşılıq olaraq Yaxın Şərqdə ciddi bir dirəniş olacağını təxmin edirik və vəziyyətin ABŞ vətəndaşlarına nə dərəcədə təsir edəcəyi istiqamətində müzakirələr aparırıq”.
“Röyter”in yaydığı başqa bir sənəddə isə ABŞ Dövlət Departamentinin prosesləri izləmək üçün xüsusi qrup yaratdığı vurğulanıb. Bundan başqa Department Avropadakı bütün səfirliklərinə məxfi xəbərdarlıq mesajı da göndərib:
“Beynəlxalq ictimaiyyətin Qüdslə əlaqədar verəcəyi reaksiyalara təsir etmək üçün çətin bir vəziyyətlə qarşı-qarşıyasınız. Sizdən Qüdsün İsrail və Fələstin arasında həll edilməsi gərəkən məsələ olması reallığını anlatmağınızı istəyirik”.

axar.az



Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler