Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

ABŞ-da hekimler narkotikden olur – Statistika

6 views27/11/2016

21:56

– xeber –
Monaşa Universitetinin əməkdaşları həkimlərlə bağlı şok effekti verən bir məlumatın üstünü açıblar. Onların yaydığı məlumata görə, hər il ABŞ-da hər 1000 həkimdən 5-i artıq dozada narkotik qəbul etməkdən ölür.
Trend xəbər verir ki, elm adamları həmçinin təyin ediblər ki, həkimlər arasında narkotik asılılığından daha çox 40 yaşdan yuxarı qadınlar əziyyət çəkir. Onlarda özlərinə zərər vermək meylləri və depressiya çox güclüdür. Ən yüksək ölüm nisbəti baytarlar arasında qeydə alınıb. Onlar tez-tez ev heyvanlarının yuxuya verilməsində istifadə olunan barbituratların həddindən artıq qəbul edilməsindən ölürlər.
Qeyd edək ki, 2003-2012-ci ilin 10 illik statistikasına əsasən ABŞ-da hər il narkotik vasitələrdən istifadə nəticəsində 404 tibb işçisi dünyasını dəyişib. Universitet əməkdaşları bildiriblər ki, ümumilikdə dünya üzrə həkimlərin artıq dozada narkotik istifadəsindən ölüm halları nəzərəçarpacaq dərəcədə çoxdur. Bu statistikaya əsasən narkotikdən sonrakı yeri aşırı dərəcədə alkoqol qəbulu tutur.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler