Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

ABŞ-da Çingiz Sadiqovla vida merasimi kecirilecek

4 views12/01/2018

21:51


[r32]
– xeber –
Bazar ertəsi günü məşhur pianoçunun nəşi Bakıya göndəriləcək
Sabah Amerikanın San Fransisko şəhərində mərhum azərbaycanlı pianoçu Çingiz Sadıqovla vida mərasimi keçiriləcək.
Bu haqda Musavat.com-a açıqlamasında Kaliforniya Azərbaycan Cəmiyyətinin rəhbəri Həmid Azəri məlumat verib. H.Azərinin sözlərinə görə, mərhumla görüşə Kaliforniyada, eləcə də Amerikanın digər şəhərlərindəki azərbaycanlılar qatılacaq. Tədbirdə mərhum pianoçunun xanımı, ailə yaxınları da iştirak edəcək.
Ç.Sadıqovun nəşi daha sonra Nyu York şəhərinə göndəriləcək. H.Azəri bildirdi ki, gələn həftənin bazar ertəsi günü isə mərhum pianoçunun nəşi Bakıya göndəriləcək. Bakıda, Fəxri Xiyabanda basdırılacaq Ç.Sadıqovun dəfn mərasiminin vaxtı isə gələn həftə açıqlanacaq.

axar.az



Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler