Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

ABŞ bu olkeni Avropanin esas herbi gucune cevirir

18 views12/03/2016

10:56

12:51 – xeber – Polşa yayda NATO-nun tam hüquqlu üzvünə çevriləcək.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Polşa Müdafiə naziri Antonio Matsareviç söyləyib. Onun sözlərinə görə, dəyişiklik Varşava sammitindən sonra gerçəkləşəcək:
 
“Varşava sammitindən sonra mühüm hadisələr olacaq. Bu, uzun bir yolun sonu deməkdir. Polşa ilə Şərqi və Mərkəzi Avropanın digər ölkələri Alyansın tam hüquqlu üzvü olacaqlar. Bizim iyuldan etibarən NATO-dakı statusumuz tamam dəyişəcək”.
 
Qeyd edək ki, NATO, tezliklə, Mərkəzi və Şərqi Avropada öz ordularını yerləşdirəcək. Buna səbəb kimi Alyans Rusiyanın aqressiyasını göstərib.
 
Polşa bundan öncə dəfələrlə NATO-nun ikinci sort ölkəsi olmaq istəmədiyini söyləyib. Rəsmi Varşava Alyansdan Qərbi Avropa ölkələrinə verilən imtiyazların Polşaya da şamil edilməsini istəyib. Üstəlik, hazırkı hakimiyyət ABŞ-dan xüsusi dəstək alır. Rəsmi Varşava məhz buna arxalanaraq, son bir neçə ay ərzində Almaniyanı Rusiya və Avropa ilə bağlı kəskin tənqid edib. 

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler