Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

ABŞ BMT-ni dagidib, yeni sistem qurur – Sebeb

12 views13/10/2017

07:34


[r32]
– xeber –
ABŞ YUNESKO-dan çıxmaqla yeni dünya nizamını öz maraqlarına uyğun təkbaşına yaratmaq istəyir. Buna görə də artıq Rusiya öz narahatlığını bildirib.
Bu sözləri Axar.az-a politoloq Nəzakət Məmmədova ABŞ-ın YUNESKO-dan çıxması ilə bağlı yaydığı bəyanatın səbəblərini şərh edərkən deyib. O bildirib ki, ABŞ YUNESKO-dan çıxmağı hələ bir neçə həftə bundan əvvəl planlaşdırırdı:
"Lakin ABŞ bu məsələni təşkilata yeni baş katib seçilənədək təxirə salmağı qərara almışdı. Fransa və ABŞ prezidentləri arasında sentyabrda BMT Baş Assambleyasının sessiyası zamanı bu barədə müzakirə aparılan zaman Makron Trampdan Fransanın namizədi xanım Azulayı dəstəkləməyi xahiş etmişdi. Çünki Fransa öz keçmiş mədəniyyət naziri xanım Odri Azulayın YUNESKO baş katibi vəzifəsinə seçilməsi üçün çalışır. Onun rəqibi isə Qətər diplomatı Abduləziz Kavaridir".
Politoloq qeyd edib ki, ABŞ Fransaya dəstək verərsə, bu amil Odri Azulayın baş katib seçilməsində böyük rol oynaya bilər:
"Xatırladım ki, Birləşmiş Ştatlar 1984-cu ildə də Reyqanın prezidentliyi dövründə SSRİ ilə münaqişə səbəbindən YUNESKO-dan çıxmışdı və yalnız 2002-ci ildə Buşun zamanında yenidən üzvlüyünü bərpa etdi. ABŞ hazırda YUNESKO-dan çıxma səbəbini iki amillə izah edir: birincisi, təşkilata ən çox üzvlük haqqı verməsinə baxmayaraq, bunun heç bir faydasını görməməsi, digər səbəb kimi isə İrina Bokovanın anti-İsrail mövqeyi tutması".
Politoloq vurğulayıb ki, ABŞ üzvlükdən çıxsa da, müşahidəçi ölkə kimi qalmağı planlaşdırır:
"Hazırda təşkilatda səsvermə hüququ olan 195 üzv ölkə, eləcə də onun yanında müşahidəçi statusu olan 12 ölkə var. ABŞ 2018-ci ilin dekabrın 31-də üzvlükdən çıxmasını rəsmiləşdirməyi planlaşdırır. Eyni zamanda ABŞ və İsrail 2011-ci ildən YUNESKO-ya üzvlük haqqı ödəmirlər. Fələstinin təşkilata üzv qəbul edilməsindən sonra təskilatin büdcəsi 22 faiz azalıb".
Politoloq qeyd edib ki, ABŞ-ın YUNESKO-dan çıxmasını onun BMT sistemini tərk etməsinin ilk mərhələsi kimi qiymətləndirmək olar:
"Bundan sonra mərhələli şəkildə təşkilatın digər qurumlarından da uzaqlaşma prosesi davam edəcək, nəticədə Soyuq müharibə dövrünün reallığını əks etdirən BMT tamamilə ləğv oluna bilər. ABŞ artıq dünyanın idarə olunmasını BMT vasitəsilə, yaxud orada rəqib Rusiya, Çinlə razılaşdırmaqla yox, təkbaşına və ya müttəfiqlərinin, öz yaratdığı koalisiyaların köməyilə həyata keçirmək istəyir. Çünki Rusiya, Çin kimi geosiyasi rəqiblər çox zaman Təhlükəsizlik Şurasında veto hüququndan istifadə etməklə ABŞ-ın əl-qolunu bağlayırlar. Düşünürəm ki, bütün etirazlara baxmayaraq, ABŞ öz məqsədinə nail olacaqdır. Hər şey mədəniyyətlə başlayır. BMT-nin gələcək taleyinin də mədəniyyət, təhsil, elm qurumunun vəziyyəti ilə sıx bağlı olduğu artıq açıq-aydın hiss olunur".
Qeyd edək ki, YUNESKO-nun icra şurası səsvermənin dördüncü turunda da təşkilatın yeni baş direktorunu seçə bilməyib. Növbəti tur bu gün keçiriləcək.

axar.az



Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler