Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

ABŞ 100 dollari dovriyyeden cixarir

33 views11/03/2016

13:52

15:49 – xeber – Harvard Universitetinin professoru, Ağ Evin Milli İqtisadiyyat Şurasının keçmiş sədri Çarlz Eliot bildirir ki, ABŞ-ın keçmiş maliyyə naziri Larri Sammers ölkənin Federal Ehtiyat Sisteminin (FES) yeni sədri olacaq və 100 dollarlıq əsginasları nağd dövriyyədən çıxaracaq.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Azad mətbuat” internet qəzeti yazıb.
 
“Bu həqiqətdir. 100 dollarlıq əsginaslardan ibarət milyon dollar kassalara asanlıqla yerləşə bilir. Bu isə qeyri-qanuni əməllərə imkan verir. ABŞ Bencamindən (100 dollarlıq əsginasın üstündə Bencamin Franklinin şəkli var – red.) imtina etsəydi, dünya gözəl olardı”, – Çarlz Eliot bildirib.
 
Məlumata görə, ABŞ bu məsələdə ötən il Fransanın tətbiq etdiyi təcrübədən yararlanmaq istəyir. Ötən il Fransada nağd hesablaşmalar 3000 avrodan 1000 avroya salınıb.
 
Artıq ABŞ Ədliyyə Nazirliyi banklardan 5000 dollar pul çıxarmaq istəyən şəxslərin polisə ifadə verməsini istəyib.
 
Larri Sammers gələcəkdə 50 dollarlıq əsginasların da nağd dövriyyədən çıxarılmasını təklif edir. 

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler