Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

AB-den Erdoganin ultimatumuna cavab

12 views25/11/2016

16:00

– xeber –
Türkiyə prezidentinin Avropa Birliyini təhdid etməsinin heç bir tərəfə faydası yoxdur.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Almaniya Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri Ulrika Demmer söyləyib. Onun sözlərinə görə, iki tərəf aralarında problemə səbəb olan məsələləri danışaraq həll etməlidir. O, miqrantlarla bağlı razılaşmanın uğurlu olduğunu və bunun iki tərəfə də sərf etdiyini bildirib.
Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın AB-yə üzvlüyü ilə bağlı danışıqların dondurulmasıyla barədə Avropa Parlamentinin verdiyi qərarı şərh edərkən ittifaqı təhdid edib. O, bundan sonra da Türkiyəyə qarşı yanlış qərar qəbul olunacağı təqdirdə ölkəsinin miqrantlarla bağlı müqavilədən çıxıb, sərhədlərini açacağını bildirib.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler