Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

AB-den de Quds aciqlamasi geldi – Tramp teklendi

12 views06/12/2017

23:17


[r32]
– xeber –
Avropa Birliyi ABŞ Prezidenti Donald Trampın Qüdslə bağlı qərarından dolayı çox ciddi narahatdır.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Avropa Birliyinin baş diplomatı Federiko Moqerini deyib.
“Trampın ABŞ səfirliyini Qüdsə köçürməklə bağlı tapşırığı və bu şəhəri İsrailin paytaxtı elan etməsi qərarından və bunun sülh danışıqlarına mənfi təsirindən dolayı ciddi narahatlıq keçiririk. AB-nin mövqeyi dəyişməzdir. Hər iki tərəfin istəyi reallaşdırılmalıdır. İrəliləyiş əldə etmənin yolu hər iki ölkənin gələcək paytaxtı kimi Qüdsün statusunun danışıqlar yolu ilə razılaşdırılmasından keçir”, – baş diplomat bildirib.
Onun sözlərinə görə, AB Qüdsdə BMT TŞ-nin 478 saylı qətnaməsinə əsasən beynəlxalq konsensusu qorumağa davam edəcək.
Qeyd edək ki, az öncə Tramp ABŞ səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı Dövlət Departamentinə təlimat verib.

axar.az



Şərh yazılmayıb.

Sorry, comments for this entry are closed at this time.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler