Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

AB bize gosteris vere bilmez – Turk nazir

14 views28/11/2016

07:32

– xeber –
Avropa Birliyi Türkiyəyə göstəriş verə bilməz.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Ədliyyə naziri Bəkir Bozdağ Tvitter hesabında yazıb.
“Türkiyə əleyhinə addım atanların sığındığı AB bizə göstəriş verə bilməz. Avropa Parlamentinin (AP) qərarı PKK, CHP, HDP, FETÖ tərəfindən alqışlandı. Lakin heç biri 53 ildir ki, Türkiyəni qapısında gözlədən, ikili standart tətbiq edən AB ilə AP-ni qınamadı. Halbuki siyasi və iqtisadi tələbləri yerinə yetirməyən onlarla ölkə AB-nin üzvüdür”, – nazir bildirib.
Qeyd edək ki, AP-nin Türkiyə ilə AB arasında 3 oktyabr 2005-ci ildən başlayan üzvlük müzakirələrinin müvəqqəti olaraq dondurulması haqqında qərarının əleyhinə 37, lehinə isə 479 parlamentari səs verib. 107 deputat isə bitərəf qalıb.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler