Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

9 neferlik Teskilat Komitesi yaradildi

6 views30/11/2016

13:48

– xeber –
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya və biologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin universitetin 95 illik yubileyinə həsr edilmiş elmi konfransı keçirilib.
Bu haqda Axar.az-a universitetin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, konfransın keçirilməsi üçün 9 təcrübəli pedaqoq-alimin daxil edildiyi Təşkilat Komitəsi yaradılıb. Konfransda ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Elmi işlər üzrə prorektor, professor Asəf Zamanov da iştirak edib.
Rektor Cəfər Cəfərov çıxışında bu günün ADPU-nun həyatında əlamətdar bir tarix olduğun deyib:
“Belə elmi konfransların keçirilməsi tələbələrin normal mütəxəssis kimi yetişməsində mühüm rol oynayır. Tədrisin keyfiyyətinin yüksəldilməsinə və yüksəkixtisaslı mütəxəssis hazırlanmasına belə elmi toplantılar səmərəli təsir göstərir. Eyni zamanda, tələbələrin elmi-tədqiqatlarının praktiki baxımdan ortaya qoyulmasına, onların tədqiqat bacarıq və vərdişlərinin, eləcə də natiqlik qabiliyyətlərinin formalaşmasına kömək edir”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler