Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

75 sente gore geden qubali nece milyarder oldu? – Video

32 views12/03/2016

07:24

09:18 – xeber – Bir dəfə “Forbes” jurnalına müsahibə verən Nisanov ilk qazancını necə qazandığını xatırlayıb:
 
“Mən Dubaydan mal gətirməyə başladım. Ərəb və fars dillərini bildiyimə görə Rusiya ilə Dubay arasına hava uçuşları başladıqdan sonra ilk reyslə Dubaya getdim. Moskvada köynəklər 3 dollara satılırdı. Biləndə Dubayda eynisinin qiyməti 75 sentdir, fəaliyyətə keçdim. Üstümdə 20 min dollar var idi. Atamın göndərdiyi pulla birlikdə 110 min dollarlıq mal aldım. Dostlarımla Moskvada malların topdan satışını təşkil etdik. 200 min dollar qazandıq. Bu hadisə 90-cı illərin əvvəllərində olmuşdu”.
 
3 milyard dollarlıq sərvəti ilə Rusiyanın 36-cı zəngini olan azərbaycanlı milyarder Qod Nisanov 1972-ci ilin aprelində Quba rayonunda yəhudi ailəsində anadan olub. Atası Semyon Nisanov Qubadakı ən böyük konserv zavodunun direktoru idi. Nisanovlar nəslinin əksər üzvləri bu zavodda çalışırdılar. Yeniyetmə yaşlarından başlayaraq Qod atasına zavodun idarə olunmasında köməklik göstərir. Tez-tez ezamiyyətlərdə olan Semyon Nisanov 3 min işçisi olan zavodun idarəsini oğluna etibar edirdi.
 
Qod ilk olaraq maliyyə-kredit kollecini bitirib. Daha sonra isə təhsilini Bakıda hüquq təhsili alıb.
 
Qubalı balasının Moskvada biznesə başlaması 1990-cı ilə təsadüf edir. 18 yaşlı gənc Rusiya paytaxtında öncə Telman İsmayılovun AST qrupunda çalışıb. 2 il sonra uşaqlıq illərindən tanıdığı həmyerlisi Zarah İliyevlə pərakəndə ticarətə başlayır.
 
Sonradan biznesini daha da genişləndirən Qod Nisanov əsas gəlirini üç obyektdən götürüb: Bunlar “Avropa” və “Moskva” ticarət mərkəzləri və “Sadovod” bazarıdır. “Moskva” ticarət-yarmarka mərkəzi 2001-ci ildə Lublino rayonunda fəaliyyətə verilib. Sonralar bu yarımarka gələcəkdə bütün ölkəni əhatə edən hipermarketlərə çevriləcəkdi.
 
2006-cı ildə isə Kiyev vağzalı yaxınlığında “Avropa” ticarət mərkəzi istifadəyə verilib. Moskvada 2005-ci ildə hökumətin əmlak hərracında “Ukrayna” mehmanxanası 275 milyon dollara alınır. “Radisson Royal Hotel Moskva” adı ilə 2010-cu ildə üç illik təmirdən sonra fəaliyyətə başlayan mehmanxana Moskva çayının yaxınlığında yerləşir. Mehmanxananın alınmasında Vladimir Putinin tələbə yoldaşı İlham Rəhimovun da payı olub.
 
Otel 2013-cü il üzrə Avropanın ən yaxşı biznes hoteli kimi beynəlxalq “Vorld Trəvl Avards” mükafatını alıb. “Forbes” jurnalı bu mükafatı səviyyəsinə görə Oskar mükafatı ilə müqayisə edildiyini xatırladır və bildirir ki, hotel biznesində bu, dünyada ən yüksək mükafat sayılır.
 
Təsadüfi deyil ki, jurnal 2014-cü ildə daşınmaz əmlakın icarəyə verilməsindən 1,4 milyard dollar gəlir əldə edən Nisanovu “daşınmaz əmlak kralı” elan edir.
 
Nisanov 4 iyul 2011-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.
 

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler