Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

7 yasli usagin mualicesi borca gore yarimciq qaldi

10 views29/11/2016

12:16

– xeber –
7 yaşlı Həsənli Nərmin Fuad qızı Leykoz xəstəliyindən əziyyət çəkir. Hazırda İstanbulda Göztəpə Medikalpark xəstəxanasındadır. Xəsətxanaya 21min dollar borcu var. Kimyaterapiyaya 55 min, sümük iliyinin nəqli olsa, əlavə 120 min dollar lazımdır. 30 minə yaxın vəsait yığılıb.
Nərminin yaxınlarının Asiya.info-ya verdiyi məlumata görə, sümük iliyinin nəqlindən öncə Nərminə kimyaterapiya lazımdır. Bunun üçün lazım olan 55 min manatdan 30 minə yaxın pul yığılıb. Üstəlik xəstəxanaya olan 21min dollar borca görə, uşaq kimyaterapiya üçün xəstəxanadan buraxılmır. Bu da hər gün uşağın vəziyyətini pisləşdirir.
Nərminin atası, imkanlı şəxslərdən qızının müalicəsi üçün yardım istəyir.
Əgər lazım olan məbləğ yığılarsa, qızının sağalacağını bildiyi halda əli-qolu bağlı oturub gözləmək bir valideyn üçün dözülməz olduğunu anlamaq çətin deyil. Buna görə də, Nərminin bank hesabına hər kəs imkanı daxilində pul köçürərsə, bir uşağı ölümün pəncəsindən xilas etmək olar.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler