Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

535 nefer saxlanildi: 23.000 manat cerime

7 views05/11/2016

15:40

17:39 – xeber – Daxili İşlər Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının tutumundan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.
 
DİN-dən Axar.az-a daxil olan məlumata görə, cari ilin 9 ayı ərzində məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atdıqlarına görə 535 nəfər inzibati məsuliyyətə cəlb edilib, həmin şəxslərə ümumilikdə 23.000 manatdan artıq cərimələr tətbiq olunub.
 
Bu ilin oktyabr ayı ərzində paytaxtın Yasamal, Səbayıl və Xəzər rayonları ərazilərində analoji hüquqpozmalara yol vermiş 3 nəfər barəsində 13.550 manat məbləğində cərimələr tətbiq olunub.
 
Həmçinin, ev heyvanlarını qadağan olunmuş yerlərdə gəzdirdiklərinə görə də 3 nəfərin hər biri 200 manat məbləğində cərimələnib.
 
Hazırda göstərilən istiqamətlərdə tədbirlər davam etdirilir.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler