Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

3 yasli usagin qolu etceken masinda qaldi

15 views26/11/2016

14:28

– xeber –
Masallıda bədbəxt hadisə baş verib.
APA-nın məlumatına görə, hadisə bu gün rayonun Qızılağac kəndində qeydə alınıb. Valideynlərin gözündən yayınıb nəzarətsiz qalan 3 yaşlı qız uşağı elektrik ət maşınını hərəkətə gətirib. Nəticədə uşağın sağ qolu dirsəyinə qədər ət maşınında qalıb. Uşağın qışqırığına yetişən valideynləri onu dərhal Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar.
Xəstəxanadan APA-nın yerli bürosuna bildirilib ki, qolu ət maşınında qalan 2013-cü il təvəllüdlü Şahanə Pərviz qızı Əsgərovadır. Həkimlərin çağırışına əsasən Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin xilasediciləri xəstəxanaya gəliblər. Onlar kəsici alət və avadanlıqlar vasitəsilə ətçəkən maşını kəsərək, uşağın ağır şəkildə zədələnmiş qolunu oradan çıxarıblar. Nəticədə qızın üç barmağı ciddi xəsarət alıb. Ona zəruri ilkin tibbi yardım göstərilib. Lakin 3 yaşlı Şahanənin vəziyyəti ağır olduğundan onun Bakıya göndərilməsi tövsiyə olunub.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler