Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

3 olkenin imzaladigi Tiflis beyannamesi – Tam metn

26 views19/02/2016

11:56

13:52 – xeber – Gürcüstanin Xarici İşlər naziri Mixeil Canelidzenin dəvəti ilə Azərbaycan Respublikasının Xarici İşlər naziri cənab Elmar Məmmədyarov və Türkiyə Respublikasının Xarici İşlər naziri cənab Mövlud Çavuşoğlunun iştirakı ilə 19 fevral 2016-cı il tarixində Gürcüstanın paytaxtı Tiflisdə üç ölkənin xarici işlər nazirlərinin Beşinci Üçtərəfli Görüşü keçirilib.
 
XİN-dən Axar.az-a verilən məlumata görə, üçtərəfli formatda müntəzəm görüşlərin keçirilməsindən məmnunluq ifadə edilib və regionda sülh, təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi naminə bölüşdükləri niyyətlərini bir daha qeyd olunub.
 
Nazirlər üç ölkə arasında yüksək səviyyəli ikitərəfli və üçtərəfli əlaqələri alqışlayıblar və strateji tərəfdaşlıq və siyasi dialoqun, eləcə də regional layihələrin həyata keçirməsində strateji əməkdaşlığın dərinləşdirilməsinə dair əzmlərini bir daha qeyd ediblər.
 
Xarici işlər nazirlərinin əvvəlki Üçtərəfli Görüşlərində qəbul olunmuş Trabzon Bəyannaməsi, Batumi Birgə Kommünikesi, Gəncə və Qars Bəyannamələrindəki öhdəliklərinə sadiqliklərini vurğulayıblar.
 
17-18 fevral 2016-cı il tarixlərində müvafiq olaraq Ankara və Diyarbəkrdə törədilmiş, mülki əhali və hərbi qulluqçuları hədəfə almış 35-dən çox insanın ölümü, çoxsaylı insanın yaralanması ilə nəticələnmiş dəhşətli terror hücumları ən ağır sözlərlə mühakimə olunub və bir daha terrorizmin əsl mahiyyəti ifşa edilib.
 
Azərbaycan və Gürcüstan xarici işlər nazirləri Türkiyə ilə sarsılmaz həmrəyliklərini bir daha təsdiq ediblər, türk xalqına dərin başsağlığı verib və terror hədəsi ilə mübarizədə Türkiyə ilə möhkəm tərəfdaşlıqlarını bir daha qeyd ediblər.
 
Vurğulanıb ki, regionda mövcud olan münaqişələr sülh, sabitlik və iqtisadi inkişafa mane olur və beynəlxalq hüququn prinsiplərinə müvafiq olaraq, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipləri əsasında dinc yolla həll olunmasını tələb edir.
 
Bəyannamədə Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və ətraf ərazilərindəki münaqişənin, Gürcüstanın Abxaziya və Tsxinvali/Cənubi Osetiya regionundakı münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, eləcə də BMT, ATƏT və Avropa Şurasının müvafiq qətnamə və qərarlarına müvafiq olaraq ən tez bir müddətdə sülh yolu ilə nizamlanmasının əlahiddə vacibliyi bir daha qeyd olunub, iqtisadiyyat nazirlərinin dördüncü görüşü və 6 mart 2015-ci il tarixində Batumidə keçirilmiş Üçtərəfli İşgüzar Forum, 2 aprel və 17 dekabr 2015-ci il tarixlərində müvafiq olaraq Tiflis və İstanbulda keçirilmiş Müdafiə nazirlərinin ikinci və üçüncü görüşləri və 5 may 2015-ci il tarixində Ankarada keçirilmiş Silahlı Qüvvələrin Baş Qərargah rəislərinin görüşündən məmnunluq ifadə edilib.
 
Nazirlərin bəyannamədə enerji sahəsində uğurlu əməkdaşlığı vurğulayıblar. Bu xüsusda, 12 fevral 2015-ci il tarixində Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının birinci görüşünü, 17 mart 2015-ci il tarixində Qarsda keçirilmiş “Trans-Anadolu Qaz boru kəməri”nin (TANAP) təməl qoyma mərasimini alqışladılar və Cənub Qaz Dəhlizinin inkişaf etdirilməsi, eləcə də Xəzər dənizi hövzəsindən Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə qərb bazarlarına karbohidrat ehtiyatlarının nəqlini nəzərdə tutan digər layihələrə tam dəstəklərini ifadə ediblər. Onlar cəlb olunan bütün ölkələrin enerji təhlükəsizliyinin gücləndirilməsində bu layihələrin həlledici rolunu qeyd ediblər.
 
Nəqliyyat, enerji, ticarət sahələrində və “İpək Yolu” marşrutu üzrə insanlararası əlaqələrin yaradılmasında əməkdaşlığı daha da gücləndirəcək tarixi “İpək Yolu”nun bərpa olunmasında üç ölkənin xüsusi rolu vurğulanıb və 15-16 oktyabr 2015-ci il tarixlərində Tbilisi İpək Yolu Forumunun uğurlu təşkili alqışlanıb.
 
Nazirlər Asiya və Avropa arasında rəqabətli nəqliyyat daşımalarının asanlaşdırılmasında Bakı-Tiflis-Qars dəmir yolunun əhəmiyyətli rolunu vurğulayıb, 2015-ci ildə dəmir yolunun Gürcüstan hissəsinin uğurlu sınağını məmnunluqla qeyd edib və Bakı-Tiflis-Qars dəmir yolunun ən qısa müddətdə fəaliyyətə başlamasının böyük əhəmiyyətini bir daha bildiriblər. Bu xüsusda, 12 fevral 2016-cı il tarixində Tiflisdə keçirilmiş Bakı-Tiflis-Qars dəmir yolu Əlaqələndirmə Şurasının üçtərəfli Nazirlər görüşündəki məhsuldar məsləhətləşmələri alqışlanıb.
 
2015-ci ilin dekabr ayında Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropaya çatan “İpək Yolu” marşrutu üzrə Çindən ilk tranzit konteyner qatarının keçməsini alqışlayıb və multi-modal imkanlara malik trans-regional infrastrukturun inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
 
Türkiyə, Gürcüstan, Azərbaycan və Mərkəzi Asiya ölkələrindən keçməklə, Qara dəniz və Xəzər dənizi vasitəsilə Avropanı Asiya ilə birləşdirən Şərq-Qərb/Orta nəqliyyat dəhlizinin əhəmiyyətini vurğulanıb (dəmir yolu və avtomobil nəqliyyatına dair birgə layihələrin reallaşdırılması və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” və Anakliyadakı “Yeni Dərin Dəniz Limanı”, eləcə də Türkiyənin Qara dəniz sahillərində yerləşən dəniz limanlarının inkişaf etdirilməsi xüsusi olaraq qeyd edilib).
 
Bundan başqa Ticarət dövriyyəsi, üç ölkədən keçən yuxarıda adı qeyd olunmuş nəqliyyat dəhlizinin rəqabətliliyi və cəlbediciliyini artırmaq məqsədilə tariflərin, iştirakçı, həmçinin digər əlaqəli ölkələr üçün əsas olan nəqliyyat və neft-qaz infrastrukturunun davamlı, sabit və təhlükəsiz inkişafının təmin edilməsinin böyük əhəmiyyəti vurğulanıb.
 
Nəqliyyat dəhlizinin rəqabətliliyinin artırılması və onun beynəlxalq səviyyədə birgə təşviq edilməsi məqsədilə üç ölkənin müvafiq dövlət qurumlarının üçtərəfli görüşlərinin keçirilməsinin vacibliyi vurğulanıb, üç ölkənin özəl sektoru üçün Gürcüstan-Aİ AA/DCFTA tərəfindən təqdim olunan imkanları qeyd edilib.
 
Bəyannamədə 2013-2015-ci illər üçün nəzərdə tutulmuş Üçtərəfli Sahəvi Əməkdaşlıq üzrə Fəaliyyət Planı çərçivəsində üçtərəfli layihələrin həyata keçirilməsi qiymətləndirilib və turizm, enerji, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, humanitar,gənclər və idman sahələrində sahəvi əməkdaşlığın mövcud potensialından tam istifadənin vacibliyini vurğulanıb.
 
Üç ölkənin dövlət institutları və özəl sektorunun iştırakı ilə enerji, nəqliyyat, turizm və digər qarşılıqlı maraq kəsb edən tematik üçtərəfli biznes forumlar təşkil etmək üçün müvafiq nazirliklərə tövsiyə vermək barədə razılığa gəlinib.
 
Nazirlər qarşılıqlı maraq kəsb edən regional və qlobal məsələlərə dair üçtərəfli dialoqu daha da genişləndirmək, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyanı gücləndirmək üçün qətiliklərini yenidən təsdiq ediblər.
 
Növbəti görüşün 2016-cı ildə Azərbaycanda keçirilməsi qərara alınıb.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler