Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

23 il matem saxlayan kendde ilk toy – Foto

6 views12/08/2017

19:51


[r32]
– xeber –
Türkiyənin Siirt şəhərinin Bayraqtəpə kəndində 1994-cü ildə PKK terrorçularının təşkil etdiyi zücum nəticəsində aralarında uşaqların da olduğu 11 mülki şəxsin qətlə yetirilməsi ilə başlayan matəm 23 il sonra başla çatıb.
Qaynarinfo xəbər verir ki, 23 il sonra kənddə əyləncəli toy mərasimi təşkil olunub.
23 illik matəmə səbəb olan hadisə 1994-cü ilin 17 noyabrında baş verib. PKK terrorçuları kəndə hücum edərək aralarında uşaq, qadın və yaşlıların da olduğu 23 nəfəri qətlə yetirib. Bayraktəpədə həmin gündən matəm olub və toylarda əyləncə mərasimləri təşkil edilməyib.
Lakin matəm bu günlərdə başa çatıb. Kənd muxtarı Abdurrezak Özbeyin oğlu Arafat Özbey və Nurcan Nas cütlüyünün toyunda əyləncə təşkil edilib, kəndlilər və qonaqlar zurna-balaban sədaları altında yallı gedib.
Kəndin muxtarı və bəyin atası Abdurrezak Özbey 23 illik matəmdən sonra görkəmli bir toy mərasimi keçirmək qərarına gəldiklərini bildirib. PKK terrorçularının öldürdüyü kəndlilər arasında anası Buşra Özbeyin də olduğunu deyən muxtar terrorçuların inadına 23 illik matəmi başa çatdırdıqlarını vurğulayıb:
"Qətliama görə yas saxladığımız üçün toylarımızı edə bilmirdik. 23 il fasilədən sonra kənddə ilk dəfə toy keçirilir. Kəndin muxtarı olaraq matəmin sona çatmasını istədim. Düşmənlərimiz şəhidlərimiz oldu deyə sevinməsin. Bundan sonra toylarımızı keçirəcəyik. Biz bu torpaqların gerçək sahibləri olaraq şəhid də olsaq, toy mərasimlərimizi və əyləncələrimizi təşil edəcəyik".
Bəy Arafat Özbey evlənməzdən öncə atasına toy etməyi təklif etdiyini bildirib:
"Babama 23 il əvvəlki qətliamdan bu günədək daim yas saxladığımızı bildirib bunun başa çatması üçün toy etməyi təklif etdim. O da razı oldu. Atam da bunu düşünürmüş. Bizim də əylənmək haqqımız olduğunu düşündük. Bununla kənddəki digər subaylara da örnək olmaq istəyirəm. Bundan sonra terroru unutmaq istəyirik".

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler