Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

2017-nin esas qlobal riskleri

8 views11/01/2017

19:28


[r32]
– xeber –
Ümumdünya İqtisadiyyat Forumunun ekspertləri Davosda dünyanı təhdid edən qlobal riskləri müəyyən ediblər.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, hesabatda risklər 5 kateqoriyaya bölünüb. Bunlar iqtisadi, ekoloji, geosiyasi, sosial və texnolojidir. Ekspertlərin fikrincə, 2017-ci ildə insanlıq üçün əsas təhdid ekoloji və geosiyasi problemlərdir. Ekolji problemlər sırasına ekstremal hava şəraitinin peyda olması, irimiqyaslı təbii fəlakətlər və antropogen ekoloji fəlakətlər riskləri aid edilib. Geosiyasi baxımdan isə dünyanı böyük teraktlar, dövlətlərarası konfliktlər və qeyri-effektiv dövlət idarəçiliyi təhdid edir.
2017-də insanlığı ən çox təhdid edəcək problemlər sırasında texnoloji risklər üçüncü yerdə qərarlaşıb. Bu sıraya şəxsi və ya xidməti məlumatların ələ keçirilməsi, kiberhücumlar da aid olunub. Sosial və iqtisadi risklər sırasına isə irimiqyaslı miqrasiya və qeyri-qanuni ticarət “layiq görülüb”.
Ekspertlərin fikrincə, qlobal risklər sırasına əhalinin yaşlanması, beynəlxalq strukturların (BMT, NATO) rollarının dəyişməsi, iqlim dəyişkənliyi, ətraf mühitin vəziyyətinin pisləşməsi, inkişaf etməkdə olan ölkələrdə orta sinfin və millətçilik əhval-ruhiyyəsinin güclənməsi, cəmiyyətin qütbləşməsinin dərinləşməsi, insanların sayının, xroniki xəstəliklərdən əziyyət çəkənlərin, texnologiyalardan asılılığın, əhalinin coğrafi hərəkətliliyinin, varlılar və kasıblar arasında gəlir fərqinin artması, güc mərkəzlərinin yerdəyişməsi, urbanizasiyanın güclənməsi daxildir.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler