Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

"20 Yanvar"da yenilik – Foto

9 views07/11/2016

16:24

– xeber – Noyabrın 8-dən “20 Yanvar” metro stansiyasının birinci vestibülü sərnişinlərin istifadəsinə veriləcək.

 

Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-nin mətbuat xidmətindən bildirilib.

 

Bu il iyul ayının 1-dən istismar müddəti başa çatmış “ET-5” tipli üç eskalatorun dəyişdirilməsi məqsədilə “20 Yanvar” metro stansiyasının bağlanmış birinci vestibülü noyabr ayının 8-də yenidən sərnişinlərin giriş-çıxışı üçün açılacaq.

 

Qeyd edək ki, 1985-ci ildən istismarda olan “ET-5” tipli 3 köhnə eskalator demontaj edilərək, onların yerinə Almaniyanın “Thyssen Krupp” şirkətinin dayaz özüllü stansiyalar üçün nəzərdə tutulmuş “Tugela” tipli 2 eskalatoru quraşdırılıb. 3-cü eskalatorun yerində isə daş pilləkən inşa edilib.

 

Ötən müddət ərzində stansiyanın birinci vestibülündə eskalatorların dəyişdirilməsi ilə yanaşı, kassa zalında, keçidlərdə, xidməti otaqlarda təmir işləri aparılıb, turniketlər, elektrik avadanlıqları və işıqlandırma sistemi yenilənib. Görülən işlər çərçivəsində vestibülün və keçidlərin döşəmə və divarlarının mərmər-qranit örtüyü yenilənib. Divarlarda 1990-cı ilin 20 Yanvar hadisələrinin günahsız qurbanlarının, həmçinin 1994-cü il martın 19-da bu stansiyada baş vermiş terror aktı nəticəsində həlak olanların adları əks olunmuş xatirə lövhələri yeni tərtibatla qurulub.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler