Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

2 rayonda yangin bas verdi

10 views30/11/2016

08:20

– xeber –
Bakı şəhərinin Nərimanov rayonunda çay evi, Xəzər rayonunda isə 3 otaqlı evdə yanğın olub.
FHN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 300 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə, 1 otağın yanar konstruksiyaları, ev əşyaları 40 m² sahədə yanıb və yüksək temperaturdan hamamın lambirdən ibarət tavanı 6 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Digər yanğın hadisəsi isə Bakı şəhəri, Nərimanov rayonunda qeydə alınıb. Rayonun beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, vətəndaşa məxsus ümumi sahəsi 120 m² olan çay evinin zirzəmisində 1 otağın yanar konstruksiyaları və içərisində olan əşyalar 4 m² sahədə yanıb. Çay evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler