Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

150 milyard dollari kim verecek?

8 views17/07/2017

19:00


[r32]
– xeber –
Mosulda 9 ay davam edən münaqişəyə görə şəhərdən qaçaraq müxtəlif düşərgələrə üz tutan vətəndaşların geri dönəcəyi evləri qalmayıb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, xalabalığa dönən şəhərin yenidən qurulması,infrastrukturun təmir edilməsi üçün 150 milyard dollara ehtiyac olduğu bildirilib. Dəyən zərərin qarşılanmasında Türkiyə və Küveyt də daxil olmaqla bir neçə ölkə yardıma hazır olduğunu açıqlayıb:
Birləşmiş Millətlər şəhərin qərbində terrorçularla İraq təhlükəsizlik qüvvələrinin qarşıdırması zamanı yalnız son 3 həftədə 5 min binanın məhv olduğunu bildirib.
Qeyd edək ki, Mosulda münaqişə nəticəsində minlərlə bina yıxılıb, Mosulun qədim şəhər adlanan bölgəsi tamamilə dağıdılıb, hava hücumları, küçə qarşıdırmaları nəticəsində yaşayış sahələri, məktəblər, xəstəxanalar, Mosul hava limanı viran olub, 850 illik Nuri məscidi dağıdılıb, infrastrukur çöküb, Dəclə çayı üzərindəki körpülərin bəziləri uçurulub, elektrik və su şəbəkələrinə zərər dəyib, azı 8 min insan isə evindən didərgin düşüb.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler