Ölkəm.az




Ölkəm.az » Xəbərlər» Xəbər

11 Sentyabri alqislayan ABŞ dahisi – Fiser

13 views21/11/2016

06:32

– xeber –
ABŞ-ın Nyu York şəhərində dünya şahmat tacı uğrunda rusiyalı Sergey Karyakin və norveçli Maqnus Karlsen arasında gərgin mübarizə davam edir. On iki partiyadan ibarət matç noyabrın 30-da yekunlaşacaq.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu şahmat yarışı məşhur Robert Fişeri bir daha gündəmə gətirib. ABŞ-da doğulan, vətəndaşlıqdan çıxarılan və islandiyalı olaraq vəfat edən Fişer bu gün şahmat yarışına ev sahibliyi edən ABŞ-ın yetişdirdiyi yeganə dünya çempionudur.
R.Fişer 9 mart 1943-cü ildə Çikaqoda yəhudi ailəsində anadan olub. ABŞ-da siyasi baxışlarına görə təqib olunan kommunist, anti-faşist atası Hans-Herhardt Fişer II Dünya müharibəsi bitdikdən sonra Almaniyaya qayıtmalı olur. Onun SSRİ xüsusi xidmət orqanlarında çalışdığı deyilsə də, bu, təsdiq olunmayıb.
Fişerə macar yəhudilərindən olan Pol Nemeni atalıq edib. Əslən İsveçrədən olan anası Reqina Vender isə özünə qapalı qadın idi. Onun bu xasiyyəti oğluna da keçmişdi. 6 yaşlı balacaya şahmatı bacısı Coan Fişer öyrədir. O, artıq 13 yaşında şahmat üzrə ABŞ çempionu idi…
***
Fişer 1972-ci ildə İslandiyanın paytaxtı Reykyavikdə Sovet İttifaqından olan dünya çempionu Boris Spasskiyə 2-0 geridə olduğu halda 12.5-8.5 hesabı ilə qalib gələrək İttifaqın bu sahədə hegemonluğuna son qoyur. Görüş Soyuq müharibə dövrünə təsadüf etdiyindən dünyada böyük rezonansa səbəb olmuşdu.
Bu hadisədən sonra Fişerin şöhrəti artır və o, dünyanın bir nömrəli qrossmeysteri olur. Hətta o, 1975-ci ildə Anatoli Karpov ilə görüşdən əvvəl Beynəlxalq Şahmat Federasiyasına (FİDE) müraciət edərək, matçın yerinin təyin olunması üçün bəzi şərtlər irəli sürür, əks halda matça çıxmayacağını bildirir. Lakin FİDE Fişerin şərtlərini rədd edir və Karpovu dünya çempionu elan edir.
Bu hadisədən sonra bərk sarsıntı keçirən şahmat dahisi təxminən 20 il hər şeydən uzaqlaşır.
Qanunları pozan Fişer…
BMT-nin Yuqoslaviyaya tətbiq etdiyi embarqonu pozan Fişer 1992-ci ildə bu ölkəyə gəlir və şahmat çempionatında iştirak edir. Bu yarışdan sonra ölkəsi ilə münasibətləri pisləşir. Çünki onu ABŞ-da 10 illik həbs və 250 min dollar pul cəzası gözləyirdi. Bu səbəbdən Fişer ömrünün axırına kimi ölkəsinə gedə bilmədi.
Ən bahalı şahmat oyunu
Fişerin qarşısında dövlət tələb qoyduqca, o, buna qarşı çıxırdı. 1992-ci ildə hökumətin göndərdiyi rəsmi müraciətə tüpürərək, cavab verməkdən belə çəkinməmişdi. Bütün bunlara baxmayaraq, heç nə Fişeri Spasski ilə üz-üzə gəlməkdən saxlaya bilmədi.
Monteneqro sahillərində yerləşən bir adada köhnə rəqibi ilə üz-üzə gələn Fişer 20 ildən sonra 10-5 hesabı ilə qalib gələrək 3,5 milyon dollar qazanmışdı. Bu, şahmat tarixində ən bahalı oyun idi…
***
1992-ci ildən etibarən Fişer ABŞ təqibindən qaçır, Yaponiya, Macarıstan, Filippin kimi ölkələrdə müvəqqəti yaşayırdı. Bu işdə ona şahmatsevər dostları çox kömək edirdi. Fişerin 12 illik qaçaq həyatı Yaponiyanın Narita Hava Limanında sona çatır. 2004-cü ildə dahi şahmatçı Yaponiyadan Filippinə keçərkən yaxalanır. Onun cinayəti etibarsız pasport ilə ölkəni tərk etməyə təşəbbüs göstərməsi idi. Çünki Fişerin illərdir istifadə etdiyi pasport özünün xəbəri olmadan ABŞ hökuməti tərəfindən ləğv edilmiş, rəsmi Tokioya bu barədə məlumat verilmişdi. 9 ay Yaponiyada məhbəs həyatı yaşayan Fişer 2005-ci ilin martında İslandiyaya deportasiya olunur.
Şahmat 960
Fişer 19 iyun 1996-ci ildə Argentinada şahmatın fərqli növünü yaratdığını elan edir. Fişerin şahmatında standart şahmat lövhəsi və fiqurlardan istifadə olunur, sadəcə fiqurlar fərqli düzülür. Sonralar “Şahmat 960” adlanan bu növdə öncədən əzbərlənmiş debütlər vasitəsilə üstünlük əldə etmək qeyri-realdır, oyunçular yalnız öz istedadlarından və yaradcılıqlarından istifadə etməlidirlər. 2006-cı ildə İslandiyada radioverilişdə Fişer Şahmat-960-ı niyə yaratdığını belə izah edir: “Oyun əsasən debütdən asılıdır. Keçən əsrin çempionları mənim və indiki oyunçuların bildiyi qədər açılışları bilmirlər. Əgər onlar indi sağ olsaydılar, uğursuz açılışlar edərdilər. Sən güclünü müqayisə edə bilməzsən, ancaq təbii bacarıq haqqında danışa bilərsən. Əzbərçilik böyük gücdür. 14 yaş və ya daha kiçik yaşlı uşaq Kapablanka və ya keçən əsrin oyuncuları (Mörfi, Steinitz) ilə açılışlarda üstünlük əldə edə bilər. Bəlkə də yox, çünki debütdə üstünlük əldə edəndə, bu, təkcə açılışda üstünlük demək deyil, artıq növbəti gedişləri necə oynayacağını bilməkdir. Bir çox nümünələr var ki, həmin vəziyyətdə necə oynamaq lazım olduğuna kömək edir. Buna görə də mən artıq şahmatı sevmirəm. Bu yalnız əzbərçilik və əvvəlcədən hazırlaşmaqdır…”.
11 Sentyabr
Filippin radiosunun efirində 11 Sentyabr terror aktları haqda gedən radioverilişə zəng vuran Fişer birbaşa efirdə bu hadisəyə görə çox sevindiyini demişdi: “Bu heyranedici xəbərdir… ABŞ dağıdılmalı və məhv olmalı ölkədir… Bir neçə ay əvvəl BBC-də ABŞ-ın dünyada törətdiyi cinayətlər haqqında eşitdim və qulaqlarıma inanmadım. Bu onu göstərir ki, nə əksən, onu da biçərsən, ABŞ olsan belə. Bu gün baş verən hadisə kimi… Bu hərəkəti alqışlayıram. Baxın, ABŞ və İsrail neçə illərdir Fələstində qətliamlar törədirlər. İndi isə növbə ABŞ-dadır. Mən Amerikanın məhv olmasını istəyirəm… Yaponiya heç kəsin vecinə deyildi. Amerika atom bombası ilə neçə minlərlə insanı məhv eltdi və gülməli bəhanə gətirdi: “Bir milyon amerikalı əsgəri xilas etdik…”. Mən Amerikadan qorxmuram…”.
Ölümü
Fişer 2007-ci ilin noyabrında böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilir. Onun həkimlərin bütün səylərinə baxmayaraq, əməliyyatdan imtina etməsi isə ölümünə səbəb olur.
Robert Fişer 17 yanvar 2008-ci ildə xəstəxanada vəfat edir. Öz istəyi ilə dəfn mərasimində həyat yoldaşı Miyoko Vatai və bir neçə island dostu iştirak edib.
Fişerin Spasskiyə qarşı gözlənilməz ilk gedişi ilə məşhur olan və hələ də müzakirə edilən oyununu təqdim edirik

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.




           
MARAQLI
Maraqlı
BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor.
- Sitemap - sitemap haqqinda xeberler about profiles about profiles sitemap Son Xeberler - Son Xəbərlər xeberler